ABB “Teknofest”in tərəfdaşıdır

Mayın 26-29-da Azərbaycanda keçiriləcək “Teknofest” Festivalında
ABB tərəfdaş qismində iştirak edəcək. Bank Festival çərçivəsində
təşkil olunacaq “TAKE OFF BAKU” startap sammitinin
təşkilatçılarındandır. ABB özünün İnnovasiya Mərkəzinin
imkanlarından faydalanaraq qlobal bazarlara çıxış potensialına
malik startapları cəlb edəcək. Yerli və əcnəbi mentorların
iştirakına kömək göstərəcək. Həmçinin xarici ölkələrdən
investorların və vençur fondların cəlbinə dəstək verəcək.

“Teknofest” Festivalı 2018-ci ildən keçirilir. Festivalın
təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi
və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın
rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı).
Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu
tədbirin tərəfdaşıdır. “Teknofest”in məqsədi gənclərə, tələbələrə,
məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər
yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15.000
USD, 10.000 USD və 5.000 USD dəyərində maliyyə dəstəyi təqdim
olunacaq.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki,
ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli
Parkda keçiriləcək. Yarışlarda yuxarı sinif şagirdləri, tələbələr,
startaplar və sahibkarlar iştirak edə bilərlər. Festival haqqında
daha ətraflı məlumatı buradan, “TAKE OFF BAKU” startap
sammiti haqqında məlumatları isə buradan əldə etmək və
müsabiqələrə qoşulmaq olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: