Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin yalnız 25 faizi faydalı olub – Hikmət Hacıyev

Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox
minalarla çirklənmiş ərazilərdən biridir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin
köməkçisi Hikmət Hacıyev Humanitar Mina Fəaliyyəti və Davamlı
İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı
zaman deyib.

O qeyd edib ki, ermənilər tərəfindən həmin ərazilərdə
millyonlarla mina basdırılıb. “Onlar ərazilərimizdə ağac yerinə
minalar basdırıb. Minalar partlaması nəticəsində həm hərbçilər, həm
mülki insanlar həlak olub, yaralanıb. Təəssüflər olsun ki,
Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin yalnız 25
faizi faydalı olub”, – deyə H.Hacıyev vurğulayıb.

O bildirib ki, Azərbaycan ərazilərin minalardan təmizlənməsi
üçün geniş miqyaslı işlər görür.

Teqlər: