Ermənistan silahlı qüvvələrinin təxribatı Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasətinə əngəl olmaq cəhdidir – Amerikalı ekspertlər

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin
Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı
Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan
Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı
alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun
üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd
Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu cür təxribatçı addımlarla Ermənistan hakimiyyəti Azərbaycan
Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan
arasında Brüssel görüşü çərçivəsində növbəti addımı atılmış sülh
prosesinə bir daha əngəl olmağa çalışır.

Bu faktı Trend-ə şərh edən amerikalı ekspert İrina Tsukerman
qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədini
keçmək cəhdi üçtərəfli bəyanat qəbul olunduqdan bəri İrəvan
tərəfindən törədilən, Azərbaycanın hərbi reaksiyasına nail olmaq və
sülh prosesini dondurmaq məqsədi daşıyan təxribatlar seriyasından
növbəti təxribatdır.

“Qeyd etmək lazımdır ki, bu insident Brüsseldə Azərbaycan
Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan
arasında keçirilmiş görüşdən sonra baş verib. Bu görüşdən sonra isə
Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutub”, –
İ.Tsukerman deyib.

Onun sözlərinə görə, bu ona işarədir ki, N.Paşinyan Ermənistan
silahlı qüvvələrinə nəzarət etmir.

“Bu təxribat Ermənistanın özünün maraqlarına xidmət etmir.
Bununla belə, Azəerbaycan heç bir cavab addımı atmayıb, əvəzində
diplomatik və siyasi prosesin təmin olunmasına diqqətini yönəldib”,
– deyə ekspert bildirib.

Öz növbəsində, digər amerikalı ekspert Piter Teys AzerTimes-a
bildirib ki, Ermənistan tarixən qonşulara qarşı özünü aqressiv
aparıb və Azərbaycanla sülh prosesinə ziyan vurmaqda davam
edir.

Ekspert hesab edir ki, Avropa Şurası Ermənistan silahlı
qüvvələrinin Zəngilan rayonuna girmək cəhdini pisləyən qətnamə
qəbul etməli və Ermənistan rəhbərliyinə Brüssel razılaşmalarına
əməl etməsi üçün təzyiq göstərməldir, belə ki, İrəvan beynəlxalq
konvensiyaları pozur.

P.Teysin sözlərinə görə, bu gün yalnız Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan danışıqların uğur qazanması üçün əlindən
gələni edir.

Teqlər: