Ermənistan Rusiya əleyhinə sanksiyalara qoşulub

Ermənistan bankları ABŞ-a Rusiya əleyhinə sanksiyaları
dəstəkləyəcəyini vəd edib.

Trend-in erməni
KİV-lərinə istinadən məlumatına görə, bunu ABŞ-ın Ermənistandakı
səfiri Linn Treysi deyib.

Qeyd olunur ki, təxminən bir ay əvvəl səfir Ermənistan
banklarının rəhbərləri ilə görüş keçirib və Qərb sanksiyalarından
yan keçərək Rusiyaya yardım etməməyə çağırıb.

“ABŞ Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini alqışlayır
və Ermənistanın bank sektorunun nümayəndələri ilə bu məsələ ilə
bağlı müntəzəm təmasları dəstəkləyir”, – səfir deyib.

Teqlər: