Ermənistan qocalan ölkələr sırasına daxildir – BMT-nin Əhali Fondu

Ermənistan qocalan ölkələr sırasına daxildir.

Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu BMT-nin Əhali
Fondunun demoqrafiya proqramının rəhbəri Anna Ovannisyan deyib.

“BMT şkalasına uyğun olaraq, ölkədə qoca insanların payı ümumi
əhalinin 7 faizindən çoxdursa, ölkə qocalan hesab olunur.
Ermənistanda bu göstərici, təxminən 14 faizə bərabərdir. Bu isə o
deməkdir ki, Ermənistan qocalan ölkələr sırasına daxildir”, – deyə
o bildirib.

A.Ovannisyan qeyd edib ki, bu hal doğum indeksinin az olduğu və
azalmağa doğru getdiyi ölkələrdə müşahidə olunur.

BMT-nin Əhali Fondunun proqnozlarına əsasən, 2050-ci ilədək
qocalar dünya əhalsinin 22-24 faizini təşkil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)