Ermənistan Dığ kəndində “mövqeyi” yaxşılaşdırır – Asryan

Ermənistan Dığ kəndində “mövqeyi” yaxşılaşdırır – Asryan

Biz Sünik (Zəngəzur) rayonunun Tex (Dağ/Dığ) kəndi ərazisində öz ərazimizdə dayanmışıq, mövqenin yaxşılaşdırılması üçün işlər aparırıq.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan deyib.

O bildirib ki, azərbaycanlılar ermənilərin mövqelərinin qarşısında mövqe tutublar.

Azərbaycanlıların guya Qarakilsəyə qədər gəlməsi barədə erməni jurnalistlərin sualına isə Asryan bu cavabı verib:

“Azərbaycan hərbçiləri heç bir erməni kəndinə girməyib. Jurnalistlər hərbi məsələlərlə bağlı heç nə bilmir. Azərbaycan hərbçilərinin çəkilməsi və ya irəliləməsi haqda anlayışınız yoxdur. Hərbi işdə düşmən qüvvələrinin bizim ərazimizdə və yaxud əksinə vəziyyətlər ola bilir. Belə hallara uyğun fəaliyyət planına görə hərəkət edirik”.

Teqlər: