Budanov: Rusiya nüvə zərbəsi endirməyəcək

Budanov: Rusiya nüvə zərbəsi endirməyəcək

Ukraynalı müdafiəçilər işğal olunmuş Krıma daxil olanda Rusiya nüvə zərbəsi endirməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Bu olmayacaq. Rusiya təbliğatı Krımın itirilməsini məcburi addım kimi göstərəcək. Eynilə Xersonun işğaldan azad edilməsi zamanı olduğu kimi. Bunu etiraf etmək ağrılıdır, amma demək lazımdır: Xersonun itkisi zamanı onların təbliğat maşını mümkün qədər effektiv şəkildə özünü göstərdi. Krımda baş verən hadisələr zamanı xəbərləri necə işıqlandırmaq barədə modellər və s. bunların hamısı artıq mövcuddur, bizə yaxşı məlumdur. İnanın ki, orada təbliğat maşını model kimi işləyir, əsl modeldir. Onlar öz əhalisini elə axmaq vəziyyətə salırlar ki, dünyada heç kim bunu edə bilməz”, – o bildirib.

Teqlər: