Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir – Çavuşoğlu

İrəvan Bakının sülh təşəbbüslərinə müsbət cavab verməlidir.

Trend xəbər
verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında azərbaycanlı
jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz Ermənistanı bu xoş niyyətlərə cavab verməyə cağırmaqda və
təşviq etməkdə davam edirik. Ölkə daxilindəki radikalların və
xaricdəki diasporun Ermənistan hakimiyyətinə təzyiq etdiyini
görürük. Biz artıq təkcə ABŞ dövlət katibi Entoni Blinkenə deyil,
digər həmsöhbətlərimizə də demişik ki, Ermənistan bu istiqamətdə
daha çox təşviq edilməlidir. ABŞ dövlət katibi ilə dünən baş tutan
görüşümüzdə bir daha xatırlatdıq ki, Türkiyə və Azərbaycan regionda
sabitliyin təmin edilməsi naminə sülh istəyir və xoşməramlılıq
nümayiş etdirir”, – M.Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibədə qələbə qazandıqdan
sonra Azərbaycan regionda sülh niyyətini açıq şəkildə nümayiş
etdirib. Çavuşoğlu xatırladıb ki, Azərbaycan tərəfi Ermənistana
hərtərəfli sülh sazişi bağlamağı təklif edib.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan Ankara ilə İrəvan
arasında münasibətlərin normallaşması ilə bağlı aparılan
danışıqları da dəstəkləyir.

Teqlər: