“Google”-un smartfon bazarındakı payı 3 dəfədən çox artıb

“Canalys” analitikləri 2022-ci ilin birinci rübü üçün Şimali
Amerikada smartfon tədarükü ilə bağlı hesabat dərc ediblər.

Trend xəbər
verir ki, bəzi şirkətlər cüzi artım göstərsə də, “Google”-un payı
2021-ci ilin eyni dövrü ilə müqayisədə 380 faiz artıb.

Göstərilən dövr ərzində Şimali Amerikada təxminən 39 milyon
cihaz tədarük edilib ki, bu da ötən ilin göstəricisindən 3,7%
çoxdur. Geniş populyarlığına baxmayaraq, şirkət təchizat baxımından
beşinci yerdə qərarlaşıb.

Siyahıya, gözlənilən kimi, 19% artımla “Apple” başçılıq edir. O,
hesabat dövründə 19,9 milyon ədəd cihaz tədarük edib. İkinci yerdə
10,5 milyon qadcet satan “Samsung” qərarlaşıb. Lenovo 56% artım və
4 milyon smartfon tədarükü ilə üçüncü olub.