Ermənistan-Azərbaycan sərhədi ilə bağlı vacib görüş…

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı vacib görüş…

Ermənistanda mən cənab Paşinyanla Cənubi Qafqazdakı təhlükəsizlik məsələləri, Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası və xarici qüvvələrin müdaxilə etməməsi məsələləri ilə bağlı vacib görüş keçirdim.

AzerTimes xəbər verir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian Tvitter hesabında yazıb.

“Biz Şimal-Cənub tranzit yoluna, iki ölkə arasında ticarət və turizmin inkişafına böyük əhəmiyyət veririk. Məhz bu məqsədlə Qafanda İran Baş Konsulluğu açıldı”, – Abdullahian qeyd edib.

Xatırladaq ki, Abdullahian 20 oktyabrda Ermənistana səfər edib, 21 oktyabrda Qafanda konsulluğun alayarımçıq binasının tələsik açılışını keçirib. Daha sonra İrəvana dönərək, burda görüşlərini davam etdirib.

Teqlər: