“Bayraqdar”lar hanı? – Arestoviçin cavabı

“Bayraqdar”lar hanı? – Arestoviçin cavabı

“Bayraqdar”larla hər şey qaydasındadır. Andrey Yermak Türkiyəyə bir ay öncə boş yerə getmədi.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç “Bayraqdar”ların fəaliyyəti haqda heç bir məlumat olmaması haqda danışarkən deyib.

“Bayraqdar”larla hər şey yaxşıdır, sadəcə, biz onları yaymırıq. Onlar bizim hər ikinci xəbərimizdə “işıq saçmır”: “Bayraqdar” qələbə çaldı, “Bayraqdar” elə, “Bayraqdar” belə… Onlar işləyir, ancaq biz onlara diqqəti yönəltmək istəmirik, bu mövzunu tətikləmirik”, – o bildirib.

Aleksey Arestoviç Türkiyənin Ukrayna müharibəsi ilə bağlı mövqeyini və əsirlərin mübadiləsində vasitəçiliyini nəzərə alaraq, bunun diplomatik məqsədlə edildiyini qeyd edib. O, bu mövqeyi “ağıllı” adlandırıb.

Teqlər: