Ermənilər Laçındakı kilsəni belə qarət etdi – Şok video

Ermənilər Laçındakı kilsəni belə qarət etdi – Şok video

İrəvanın meri postuna namizədliyini irəli sürən Natalya Rotenberq ermənilərin Laçındakı kilsəni qarət etməsi ilə bağlı görüntülər paylaşıb.

AzerTimes xəbər verir ki, görüntülərdə Laçından çıxan ermənilərin kilsədəki bütün tarixi elementləri, dini atributları çıxarıb özləri ilə aparırdıqları qeyd olunub.

“Baxın kilsə sökülür. Bütün xaçkarlar çıxarılaraq İrəvana aparılacaq. 3 günə bu ərazilər, kilsə də daxil olmaqla, azərbaycanlıların nəzarəti altına keçəcək. Sözüm yoxdur”, – Rotenberq deyib.

Teqlər: