Daha bir qurum Laçında fəaliyyətə başladı – Foto

Daha bir qurum Laçında fəaliyyətə başladı – Foto

Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq AzərEnerji ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.

Bu barədə AzerTimes-a qurumun mətbuat idarəsinin rəisi Teymur Abdullayev məlumat verib.

“Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq mima təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb”, – deyə o, qeyd edib.

Teqlər: