Erməni mayor Bakıya məlumat ötürürmüş

Erməni mayor Bakıya məlumat ötürürmüş

Ermənistanda hərbi hissələrdən birinin əməliyyat xidmətinin rəisi olan mayor vətənə xəyanətdə ittiham olunur.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, xəyanətdə ittiham olunan A.N. hərbçi A.T. ilə birlikdə 2021-ci ilin iyulunda Ermənistanın Sünik (Zəngəzur) rayonunun İşxanasar kəndi yaxınlığında, Qara gölün yaxınlığındakı ərazidə Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb. A.N. “Ural” maşını ilə döyüş mövqelərinə ərzaq daşıyıb, ancaq əlverişsiz hava şəraitinə görə Azərbaycan tərəfinin nəzarətində olan əraziyə düşüb.

Sentyabradək Bakıdakı həbsxanaların birində saxlanılıb. 2021-ci ilin sentyabrın 7-də isə Bakıda xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə əməkdaşlıq haqqında müqavilə bağlayıb. Elə həmin gün də o, əsirlikdən vətənə qaytarılıb. Daha sonra A.N. hərbi hissələrdən birində əməliyyat xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Məlumata görə, o, məxfi məlumatlar ötürmək üçün 20,2 min dollardan çox pul alıb.

Mayor Ermənistan Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə ittiham olunur. Hazırda iş məhkəməyə göndərilib.

Teqlər: