Ərəb koalisiyası husilərin hərbi düşərgələrinə və Sanadakı hədəflərə hava zərbələri endirib

Ərəb koalisiyası Yəmənin paytaxtı Sənada husilərin hərbi düşərgələrinə və hədəflərinə bir neçə hava zərbəsi endirib.

AzerTimes xəbər verir ki, Sənadakı əməliyyatda husilərin Sənadakı prezident iqamətgahındakı hərbi düşərgələri hədəf alınıb.

Məlumata görə, əməliyyatlar zamanı ballistik raket emalatxanaları, pilotsuz təyyarələri və yeraltı anbarları məhv edib.


“Mülki şəxslər və obyektləri ziyandan qorumaq üçün qabaqlayıcı tədbirlər görülüb. Əməliyyat beynəlxalq humanitar hüquq və onun adət qaydalarına uyğun aparılıb”, – deyə koalisiyanın bəyanatında bildirilir.