Ərdoğanın Pakistanın yeni baş naziri ilə telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın yeni baş
naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident
Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən
bildiriblər.

R.T,Ərdoğan Ş.Şərifi Pakistanın baş naziri təyin edilməsi
münasibəti ilə təbrik edib və seçkilərin nəticələrinin dost və
qardaş Pakistan xalqı üçün faydalı olmasını arzulayıb.

Onun sözlərinə görə, Türkiyə dərin tarixə, dostluq və qardaşlığa
malik olduğu Pakistanda baş verənləri yaxından izləyir.

R.T.Ərdoğan Türkiyənin Pakistana hərtərəfli dəstəyini davam
etdirəcəyini vurğulayıb.