Aİ Rusiya neftinin tədarükündə potensial itkiləri kompensasiya edə bilməyəcək – OPEK

Rusiyaya qarşı sanksiyalar neft tədarükü üçün tarixdə ən böyük
zərbələrdən birinə səbəb ola bilər.

Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu
Avropa İttifaqının nümayəndələri ilə görüşdə OPEK-in baş katibi
Məhəmməd Barkindo deyib.

“Rusiyaya qarşı hazırkı və gələcək sanksiyalar tarixdə ən böyük
neft tədarükü sarsıntılarından birinə səbəb ola bilər. Rusiya
neftinin tədarükündə potensial itkiləri kompensasiya etmək mümkün
olmayacaq”, – deyə M.Barkindo bildirib.

Teqlər: