Ərdoğan Zelenski ilə Rusiya və Ukrayna arasında danışıqları müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı
Vladimir Zelenski ilə telefon danışığı olub.

AzerTimes-ın
məlumatına görə, telefon danışığı zamanı İstanbulda Rusiya və
Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların
nəticələri müzakirə edilib.

R.T.Ərdoğan Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşünün
təşkili təklifini təsdiqləyib.

Türkiyə dövlətinin başçısı qeyd edib ki, İstanbul görüşün
nəticələri Ukraynada müharibənin dayandırılması və sülhün bərqərar
olması istiqamətində aparılan prosesə mühüm təkan verib.

Teqlər: