Ərdoğan Trampla görüşəcək

Ərdoğan Trampla görüşəcək

ABŞ prezidenti Donald Tramp mayın 16-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək.

Bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp mayın 16-da prezident Ərdoğanı Ağ Evdə qəbul edəcək. Liderlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları, terrorla mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər”, məlumatda qeyd edilib.