37 yaşlı kişini ilan sancdı

37 yaşlı kişini ilan sancdı

Salyan sakinini ilan sancıb.

Hadisə rayonun Qardili kəndi ərazisində qeydə alınıb.

37 yaşlı kənd sakini Rəhim Əliyar oğlu Manafovu yonca sahəsində biçilmiş ot yığarkən ayağından ilan sancıb. O, dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, zəhər əleyhinə zərdab vurulduqdan sonra müəssisənin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır.