Ərdoğan Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi
Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat
yayıb.

Bildirilir ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib.

Türkiyə lideri Ukrayna ilə bağlı İstanbul prosesinə dəstəyin
vacibliyini qeyd edərək, tərəflər arasında fikir ayrılıqlarının
aradan qaldırılması səylərinin Türkiyənin təşəbbüsünü
tamamlayacağını bildirib.

Teqlər: