Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb

Assam ştatının şimal-şərqində güclü yağışlar nəticəsində azı 14
nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə bazar günü yerli hakimiyyət
nümayəndələrinə istinadən NDTV kanalı məlumat yayıb.

Assamda pis hava üçüncü gündür ki, davam edir. Təbii fəlakət
nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik
dirəkləri aşıb. Ümumilikdə 41 mindən çox insanın yaşadığı 1000-dən
çox yaşayış məntəqəsi zərər çəkib.\

Evsiz qalan sakinlər yaxın şəhərlərə aparılaraq məktəblərin və
dövlət qurumlarının binalarına yerləşdirilir. Meteoroloqlar növbəti
beş gündə də güclü leysan və tufan proqnozlaşdırılır.

Teqlər: