Ərdoğan Afinada rezonans doğurdu: Müharibəyə hazırıq!

Ərdoğan Afinada rezonans doğurdu: Müharibəyə hazırıq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra terrorla mübarizə ilə bağlı verdiyi açıqlamalar Yunanıstan mediasında xüsusi yer alıb.

AzerTimes xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.

Bildirilib ki, Yunanıstanın “Proto Thema” nəşrində “Ərdoğan İraqın şimalında hərbi əməliyyat keçirəcəyini açıqladı” başlığı ilə məqalə dərc edilib. Vurğulanıb ki, Türkiyə lideri hərbi əməliyyatların daha da genişlənməsində qətiyyətli olduğunu göstərib:

“Ərdoğan Türkiyənin İraqın şimalında PKK terrorçularının məskunlaşdığı bölgələri mühasirəyə alacağını və problemin nəhayət bu yay həll olunacağını açıq şəkildə ifadə edib”.

“Kathimerini” qəzeti isə “Ərdoğan: Sərhədlərimizdə terror dövləti qurmaq istəyənlərə kabuslar yaşadacağıq” başlığı ilə məqalə tirajlayıb.

In.gr nəşri isə belə yazıb: “Türkiyə müharibəyə hazırdır. Rəcəb Tayyib Ərdoğan Türkiyənin İraqla sərhəd problemlərinin nəhayət bu yay həll olunacağını söyləyib”.

Qeyd edək ki, Ərdoğan ötən gün açıqlamasında terorla mübarizənin qətiyyətli şəkildə davam etdiyini, yayda Türkiyənin İraqla sərhədindəki vəziyyətin həll olunacağını açıqlayıb.

Teqlər: