Bəhram Xoşqədəm və Elgizi elə tənqid etdi ki… – Video

Bəhram Xoşqədəm və Elgizi elə tənqid etdi ki… – Video

Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur iştirakçısı, aktyor Bəhram Bağırzadə son paylaşımı ilə gündəmə gəlib.

AzerTimes Yenisabah.az-a istinadən xəbər verir ki, yerli telekanallarda yayımlanan müxtəlif sosial verilişlərdən fraqmentləri toplayan aktyor bu səhnələrdən video-çarx hazırlayıb.

Proqramlarda yayımlanan qışqır-bağır görüntülərinə heç bir şərh verməyən sənətçi sözügedən kadrlara təəccüblə baxmaqla kifayətlənib.

Onun bu görüntüləri pərəstişkarlarının marağına səbəb olub. Bağırzadənin bir kəlmə belə demədən sosial verilişləri tənqid edə bilməsi alqışlanıb.

Qeyd edək ki, video-çarxda Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin və Zaur Baxşəliyevin aparıcısı olduğu verilişlərdən fraqmentlər yer alıb.

Teqlər: