Norveçin “Equinor” neft-qaz şirkəti 2022-ci il ərzində Avropa
ölkələrinə qaz ixracını 1,4 milyard kubmetr artırmaq
niyyətindədir.
Trend-in
məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, həcmin artırılması Norveç Energetika
Nazirliyinin hasilatın artırılmasına icazə verməsi hesabına mümkün
olacaq.
Məlumata əsasən, Energetika Nazirliyinin icazəsinə əsasən, “Equinor” şirkəti “Oseberg” və “Heidrun” yataqlarından hasil olunan
qazın ixracını artıra biləcək.
Şirkətin məlumatında deyilir ki, bu il ərzində qaz ixracının 1,4
milyard kubmetr artırılması Avropada 1,4 milyona yaxın evin qaz
tələbatını qarşılaya bilər.