İranda iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb

Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Fars
vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər
ölüb.

AzerTimes-ın məlumatına görə,
bunu İranın Fars vilayəti Qırmızı Aypara Cəmiyyəti idarəsinin
direktor müavini Mehdi Xubyar deyib.

M.Xubyarın sözlərinə görə, həmçinin qəza nəticəsində 11 nəfər
yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: