Gələcək gizirlərə atış məşğələləri keçirilib (VİDEO)

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Gizir
hazırlığı” kursunun planına uyğun olaraq təlim atış çalışmaları
yerinə yetirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, atışdan qabaq kursantların nəzəri
biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər
keçirilib. Silahların taktiki-texniki xüsusiyyətləri, onlardan
istifadə qaydaları, eləcə də nişanalma və atəş açmanın digər
əsasları öyrədilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Kursantların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə
səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət
düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin vaxtında aşkar
edilərək dəqiq atəşlə məhv edilməsinə yönəldilib.

Atış çalışmalarında verilən bütün tapşırıqlar kursantlar
tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Teqlər: