Ən yeni texnologiyalar sayəsində enerjinin 40 faizdən çoxuna qənaət etmək mümkün olacaq – “Baker Hughes”

Artan tələbat fonunda enerji itkilərini azaltmaq lazımdır.

Trend-in məlumatına görə, bunu “Baker Hughes”
şirkətinin baş icraçı direktoru Lorentso Simonelli Bakıda keçirilən
27-ci Enerji Forumunda deyib.

“Bu gün tələb və istehlak artdığı üçün çoxlu enerji tələb
olunur. Eyni zamanda enerji təkcə təmiz deyil, həm də etibarlı
olmalıdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, enerji səmərəliliyi barədə danşarkən başa
düşmək lazımdır ki, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq
prosesində çox enerji itirilir.

“Ən yeni texnologiyalar sayəsində biz enerjinin 40 faizdən
çoxuna qənaət edə biləcəyik, bu isə sıfır tullantı hədəfinə çatmağa
töhfə verəcək”, – L.Simonelli deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: