Nazirlikdən Filarmoniyadakı görüntülərlə bağlı açıqlama: Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz

Bəzi KİV-lərdə Dövlət Akademik Filarmoniyasının ərazisində
fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş növbəti video
kadrlar yayılıb və görüntülərin yeni olduğu bildirilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki,
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO”
restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks səda
doğurub.

“Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir
müddət öncə lentə alınmış və məkanın fəaliyyəti məlum hadisədən
sonra dayandırılıb.

Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz”, – deyə
nazirlikdən bildirilib.

Teqlər: