Pandemiya dövründə təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artıb – Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi

Pandemiya dövründə təbii qaz hasilatı əhəmiyyətli dərəcədə
artıb.

Trend-in məlumatına görə, bunu Qaz İxrac Edən
Ölkələr Forumunun baş katibi Məhəmməd Hamel Bakıda keçirilən 27-ci
Enerji Forumunda deyib.

Onun sözlərinə görə, qısamüddətli perspektivdə təbii qaz
hasilatı artmaqda davam edəcək.

“2050-ci ilədək dünya əhalisinin sayı sürətlə artacaq ki, bu
təbii qaza tələbin artmasına yola açacaq. Biz hesab edirik, ən
böyük artım Asiya regionunda qeydə alınacaq. Biz proqnozlaşdırırıq
ki, ortamüddətli perspektivdə təbii qaz hasilatı bərpa olunan
enerjidən sonra ikinci yerdə olacaq”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: