“Əmək və Məşğulluq” altsistemi istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və
məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi
təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə
verilib.

AzerTimes-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqları
əsasında aparılan köklü sosial islahatların əmək və məşğulluq
sahələrini də əhatə etdiyini vurğulayıb.

O qeyd edib ki, son illərdə innovativ həllərin geniş tətbiqi
şəraitində məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində
idarəçiliyin elektronlaşdırılması üçün ardıcıl layihələr icra
olunub:

“Bu gün isə ƏMAS-ın istifadəyə verilməsi ilə Azərbaycanda əmək
və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə
keçilir. Yeni altsistemin tətbiqi əmək münasibətlərində köklü
dəyişiklikləri nəzərdə tutur. ƏMAS bütün işəgötürənlər və işə qəbul
olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək
bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini
formalaşdırır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız
üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna
keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər
əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur”, – deyə
nazir müavini vurğulayıb.

Daha sonra Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa
Abbasbəyli ƏMAS-a dair təqdimatla çıxış edib. O bildirib ki,
işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və
rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS əmək münasibətlərini
tənzimləyəcək.

“İşəgötürənlərin fəaliyyətini təmin edəcək bölmələrdə
işəgötürənin kabineti, təşkilatın profili, strukturu, fəaliyyət
sahəsi, hüquqi ünvanı, nizamnaməsi, ştat məlumatları və s. barədə
informasiyalar əhatə olunacaq.

Altsistem vasitəsilə ştat cədvəllərinin formalaşdırılması,
vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif
növ əmrlər, o cümlədən əmək müqavilələrinin e-qaydada bağlanması,
müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin
e-imzalanması imkanları təmin ediləcək.

ƏMAS işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına
əlçatanlığını daha da artıracaq. Bu e-platforma özündə ölkənin
məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş karyera
öortalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri əhatə
edəcək. ƏMAS qeyri-formal məşğulluğa e-nəzarət sisteminin də
təkmilləşməsinə imkan verir.

Altsistem risk əsaslı e-auditin aparılmasına (fiziki
yoxlamaların azaldılmasına), e-birja və e-peşə təliminə, məşğulluğa
cəlb olunmanın çevik təşkilinə və s. də imkan yaradır”,
-M.Abbasbəyli deyib.

Teqlər: