Əmək müqaviləsi olmadan işçi işlətdiyinə görə şirkət 20 min manat cərimələndi

Zaqatala Modern Hazırlıq Mərkəzi MMC-də əmək qanunvericiliyinin
tələblərinin pozulması ilə bağlı daxil olmuş müraciət əsasında
rayon prokurorluğunda araşdırma aparılıb.

Zaqatala rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla Zaqatala Modern Hazırlıq Mərkəzi MMC
tərəfindən 1 nəfər şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş
qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin
(xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən
edildiyindən MMC-nin direktoru Vüqar Bəkirov və MMC barəsində
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin
pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat
başlanılaraq vəzifəli şəxslə bağlı qərarın surəti zəruri sənədlərlə
birlikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional
Şöbəsinə, hüquqi şəxslə bağlı qərarın surəti isə aidiyyatı üzrə
baxılmasından ötrü Zaqatala rayon məhkəməsinə göndərilib.

Nəticədə-Vüqar Bəkirov 4200 manat məbləğində, hüquqi şəxs
Zaqatala Modern Hazırlıq Mərkəzi MMC isə 20 min manat məbləğində
inzibati cərimə edilib.

Teqlər: