Türk dövlətlərinin potensialını tam şəkildə istifadə edə biləcəyik – Bağdad Amreyev

Türk dövlətləri üçün əməkdaşlıq çox vacib bir məsələdir.

AzerTimes-ın məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının Baş
katibi Bağdad Amreyev təşkilatın İnformasiya və Kommunikasiya
texnologiyaları üzrə məsul nazirlərinin iclası zamanı bildirib.

Onun sözlərinə görə, bu gün qarşılıqlı fayda gətirən sahələrdə
əməkdaşlığın genişləndirilməsi üçün iclas keçirilir.

“Nəticədə biz dövlətlərimizin potensialını tam şəkildə istifadə
edə biləcəyik. İKT sahəsində cari layihələr və əməkdaşlıqlar
haqqında müxtəlif fikirlərin səsləndiriləcəyinə ümid edirəm”, deyə
o bildirib.

Teqlər: