Elnur Rzayev şəhidlər abidə-bulaq kompleksinin inşası ilə maraqlanıb

Xaçmaz rayonunda şəhidlərin adının əbədiləşdirilməsi
istiqamətində işlər davam etdirilir.

Xudat şəhərində inşa edilməkdə olan abidə-bulaq kompleksidə
görülən işlərin davamıdır.
Xaçmaz Rayon İcra Hakmimiyyətinin başçısı Elnur Rzayev abidə-bulaq
kompleksinin inşası ilə maraqlanıb. İcra başçısına məlumat verilib
ki, kompleks müasir memarlıq üslübünda tikilir. Burada Xudat
şəhərindən olan 26 şəhidin adını özündə əks etdirən xüsusi lövhələr
və müxtəlif bulaqlar yaradılacaq.

İcra başçısı işlərin kefiyyətlə yerinə yetirilməsi üçün tapşırıq
və tövsiyyələrini verib. Elnur Rzayev qeyd edib ki, Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın
Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik
zirvəsinə ucalan oğulların xatirəsi daim əziz tutulur.

Teqlər: