Əliyevlə Paşinyan 14 mayda görüşür? – İrəvan bilmir

Əliyevlə Paşinyan 14 mayda görüşür? – İrəvan bilmir

Hazırda hökumətdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 14-də Brüsseldə mümkün görüşü barədə məlumat yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri Baş nazir Aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan erməni mediasının sorğusuna cavab olaraq deyib.

Qeyd edək ki, “Faynənşl tayms” 3 mənbəsinə istinadla AŞ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 14 mayda Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyini yazıb.

Teqlər: