Əliyevin bağışladığı xalça Hersoqun otağında – Foto

Əliyevin bağışladığı xalça Hersoqun otağında – Foto

İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “Yerusalim Post” qəzeti İsrail Prezidenti İshaq Hersoqun mayın 30-da Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.

AzerTimes Report-a istinadla xəbər verir ki, məqalədə mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalçanın Hersoqun öz şəxsi otağını bəzədiyi qeyd olunub.

“Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Hersoqa dərin təşəkkürünü bildirib, şərəf və ehtiram əlaməti olaraq ona gözəl toxunmuş xalça hədiyyə edib. İsrail Azərbaycanla bir neçə ildir müxtəlif səviyyələrdə sıx əlaqələrə malikdir. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşən zaman xalçaya baxmaq imkanı əldə edəcəklər”, – məqalədə bildirilib.

Teqlər: