Astanada naməlum şəxs banka hücum etdi

Astanada naməlum şəxs banka hücum etdi

Qazaxıstanın paytaxtı Astanada naməlum şəxs “Kaspi” bankına daxil olaraq oradakı insanları girov götürüb.

AzerTimes xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, banka daxil olan şəxs bankın bütün vəsaitlərinin əlil uşaqların ailələrinin hesabına keçirməyi tələb edib.

Bununla bağlı o, dövlət orqanlarına üç saat vaxt verib, əks halda girov götürdüyü 9 şəxsi öldürəcəyini bildirib.

Əldə olunan son məlumata görə, onun kredit problemləri var.

Hazırda xüsusi təyinatlılar bankı mühasirəyə alıb. Hökumət nümayəndələri onunla danışmağa çalışırlar.

Teqlər: