Əlixan Niftəliyev vəfat etdi – Video

Əlixan Niftəliyev vəfat etdi – Video

Qərb Aşıq Məktəbinin görkəmli nümayəndəsi, əməkdar mədəniyyət işçisi Əlixan Abbasqulu oğlu Niftəliyev 79 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, o, 1943-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Dövrünün ustad sənətkarı Mikayıl Azaflıya şagirdlik edib. Zil, şaqraq və məlahətli səsi ilə seçilən Aşıq Əlixan uzun illər Aşıq Əkbər Cəfərovla birgə məclislər aparıb.

Əlixan Niftəliyev 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Onun ifa etdiyi bir çox aşıq havaları, o cümlədən “Novruz və Qəndab” dastanı Qızıl fondda saxlanılır.

Teqlər: