Ukraynaya nüvə başlığı daşıya bilən raket atıldı

Ukraynaya nüvə başlığı daşıya bilən raket atıldı

Noyabrın 17-də Kiyev üzərində nüvə başlığı daşıya bilən raket vurulub.

AzerTimes xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb.

Nəşrin Ukrayna hərbi mənbələrinə istinadla yaydığı məlumata görə, vurulan X-55 tipli raketin ümumiyyətlə döyüş başlığı olmayıb.

“Döyüş başlığı əvəzinə raketə nüvə döyüş başlığını imitasiya edən blok quraşdırılıb. Bunun üçün isə ruslar özlərinin nüvə arsenalından bir ədəd X-55 raketindən istifadə ediblər”, – məlumatda qeyd olunub.

Nəşr onu da qeyd edib ki, bu vaxta kimi Rusiya Ukraynaya zərbələr endirmək üçün X-55 raketinin nüvə olmayan və adi döyüş başlıqları daşıyan X-555 tipindən istifadə edib:

“Məhz X-55 sırf nüvə başlığı daşımaq üçün hazırlanmış raketdir”.

Teqlər: