Əlimdə siyahı var: Zelenski Rusiyadan bunu istəyir – Simonyan

Əlimdə siyahı var: Zelenski Rusiyadan bunu istəyir – Simonyan

Kiyev artıq 4 aydır ki, Rusiyadakı 500 ukraynalı əsirin dəyişdirilməsindən imtina edir.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Rossiya Seqodnya” media qrupunun və “RT” telekanalının rəhbəri Marqarita Simonyan çıxış edib.

O, rəsmi Kiyevin sadəcə 38 əsirin Ukraynaya qaytarılmasını istədiyini bildirib:

“Vladimir Zelenski hazırda Rusiyada əsir saxlanılan 38 ukraynalı əsgərin mübadiləsinə razılıq verib. Onların hamısı “Azov” dəstəsinin üzvləridir. Qalan əsirlərin qaytarılması ilə bağlı heç nə deyilmir. Məndə 500 əsirin adı və doğum tarixlərinin siyahısı var. Bunu dərc edəcəyəm”.

Teqlər: