Bakı və İrəvan arasında sülh müqaviləsi… – Fidan

Bakı və İrəvan arasında sülh müqaviləsi… – Fidan

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanması bütün Cənubi Qafqaz üçün müsbət nəticələr verəcək.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında deyib.

O, mayın 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmaları alqışlayaraq, Türkiyənin Azərbaycan tərəfini bundan sonra da dəstəkləyəcəyini qeyd edib:

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələr verəcək”.

Teqlər: