Əli Əsədov Qırğızıstana getdi

Əli Əsədov Qırğızıstana getdi

Azərbaycanın Baş naziri Əli Əsədov Qırğızıstana səfərə gedib.

AzerTimes xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Azərbaycanın Baş nazirini İssık-Kul Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev qarşılayıb.

Ə.Əsədov avqustun 25-26-da Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.

Toplantıda bir sıra aktual məsələlər müzakirə olunacaq.

Teqlər: