Bakıda bu küçə 2 gün bağlı olacaq

Bakıda bu küçə 2 gün bağlı olacaq

Bu gündən paytaxtın Tiflis prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.

Bu barədə AzerTimes-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

Baş inspektor bildirib ki, buna səbəb Azərsu ASC-yə məxsus 160 metr yararsız su xəttinin yeniləməsidir: “Bununla bağlı qeyd olunan yollar 25 avqust 18:00-dan 27 avqust saat 08:00-a qədər bağlı olacaq. Həmin müddətdə Tiflis prospektindən hərəkət yalnız Şəfayət Mehdiyev küçəsinə istiqamətinə mümkün olacaq”.

“Yol polisi sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edib”, – DYP rəsmisi vurğulayıb.

Teqlər: