2022-ci ilin əvvəlindən Azərbaycanda viruslara yoluxmuş 3,5 min
qurğu aşkar edilib.
Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin
direktoru Şahin Əliyev deyib.
Onun sözlərinə görə, Elektron Təhlükəsizlik Xidməti qurğuları
virusa yoluxmuş istifadəçilərə zəruri dəstək göstərib.
“Qeyd etmək istəyirəm ki, virusa yoluxmuş qurğuların aşkar
edilməsi üzrə işlər internet provayderlərlə birgə aparılır. Bu
əməkdaşlıq yaxın zamanlarda daha çox yoluxmuş qurğunun aşkar
olunmasına və müvafiq tədbirlərin görülməsinə imkan yaradacaq”, –
deyə o bildirib.