Baydenin Prezident İlham Əliyevə təbrik məktubu xüsusi məzmunu ilə əlamətdardır – Deputat

ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə
Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu
diqqətlə seçilmiş diplomatik ifadələr və xüsusi məzmunu ilə
əlamtədardır. Çünki məktubda həm 30 illik müddət ərzində
ABŞ-Azərbaycan münasibətlərinin keçdiyi yola nəzər salınır, həm
əldə edilən ortaq nailiyyətlərə vurğu edilir, həm də ikitərəfli və
çoxtərəfli əməkdaşlığın perespektivləri ilə bağlı mühüm fikirlər
bildirilir.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, ABŞ Prezidenti ilk növbədə diqqəti hazırda
dünyada baş verən mühüm geosiyasi proseslərə çəkərək vaxtilə ABŞ və
Azərbaycanın həyata keçirdiyi fəaliyyətin məhz indiki kritik
mərhələdə öz bəhrəsini verdiyini dilə gətirir.

“Bildirilir ki, 30 il ərzində enerji mənbələrinin
şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq
tarixin mühüm anında öz bəhrəsini verir. Azərbaycan Avropa və dünya
bazarlarının təhlükəsizliyinin təmin olunması və
sabitləşdirilməsində önəmli rol oynayır.

Göründüyü kimi bizim adətən Azərbaycanın regional
təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması kimi
qiymətləndirdiyimiz gerşəkliyi ABŞ Pezidenti daha qlobal kontekstdə
qiymətləndirir. Bu miqyası beynəlxalq səviyyəyə qədər yüksəldir ki,
bu da özlüyündə Azərbaycanın beynəlxalq münasibətlər sistemində
oynadığı rolun yüksək qqiymətləndirilməsi hesab edilə bilər”, –
deyə deputat bildirib.

H.Babaoğlu qeyd edib ki, ikinci mühüm aspekt isə ondan ibarətdir
ki, ABŞ qlobal terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu
xüsusi olaraq qeyd edir.

“Şübhəsiz ki, buraya təkcə qlobal terrorizmə qarşı mübarizədə
ABŞ-ın antitrerror koalisiyasının dəstəklənməsi deyil, həm də
Azərbaycanın regionda erməni terror ocağını darmadağın etməsi də
daxildir. Əgər bunların üzərinə C.Baydenin Azərabycanın
müstəqilliyini dəstəklədiyi ilə bağlı səsləndirdiyi fikirləri də
gəlsək bu fikirlər həm də Azərbaycanın 44 günlük müharibədən sonra
yaratdığı yeni reallığın da ABŞ tərəfindən dəstəklənməsi kimi
qiymətləndirilə bilər.

Başqa bir mühüm məslə isə Ermənistan və Azərbaycan arasında
yarana biləcək mümkün sülhlə bağlı ABŞ prezidentinin fikirləridir
ki, bu da özlüyündə olduqca əhəmiyyətlidir. C.Bayden bildirir ki,
Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun
çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında
diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın
iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək
etməyə hazırdır.

Göründüyü kimi bizim sadəcə Qafaqaz regionunda əməkdaşlıq
perespektivləri kimi qiymətləndirdiyimiz postmüharibə reallığını
ABŞ daha geniş miqyasda, Transxəzər region kontekstində
qiymətləndirir ki, bu əslində Azərbaycanın regionun gələcəyində
oynayacağı mühüm rola işarədir. Ona görə də gələcək onilliklərdə də
ABŞ-Azərbaycan əməkdaşlığına ehtiyac olduğu bildirilir”, – deyə
H.Babaoğlu əlavə edib.

Teqlər: