Xəzər dənizində tranzit marşrutların artırılması zəruridir – İranlı palata rəsmisi

Xəzər dənizində məhsul tranziti ilə əlaqədar tranzit
marşrutların artırılması atılacaq zəruri addımlardan biridir.

Bunu AzerTimes-a açıqlamasında İran və Rusiya Birgə Ticarət
Palatasının sədr müavini Cəlil Calalifər deyib.

C.Cəlalifərin sözlərinə görə, Xəzər dənizində tranzit
marşrutları ölkələr üçün ən azı neft satışından əldə edilən gəlir
qədər qazanc gətirə bilər.

“Bu il Xəzər dənizində məhsul tranziti artıb, ancaq hələlik bu
artım Xəzər dənizində mövcud potensiallarla müqayisədə ciddi artım
hesab olunmur. Məsələn, Rusiya və Hindistan arasında ticarət
dövriyyəsi ildə təxminən 15 milyon tondur. Bu isə tranzit üçün
böyük imkanların olduğunu göstərir”, – o əlavə edib.

Palata rəsmisinin sözlərinə görə, son vaxtlar İranın Xəzər
Gəmiçilik Şirkəti 3 gəminin satın alınması üzrə müqavilə
imzalayıb:

“İranın Gəmiçilik Şirkəti işlənmiş gəmiləri satın almağa
məcburdur. Çünki yeni gəminin qiyməti 10 milyon dollardan çoxdur.
Əgər lizinq qaydaları əsasında gəmi qayrılarsa, onun üçün 12-15 ay
vaxt lazımdır. Buna görə, İran özü Xəzər dənizində marşrutlar üçün
gəmi hazırlamalıdır”, – C.Cəlalifər qeyd edib.

Teqlər: