Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib

Rusiyada, Elbrus zirvəsində olan 25 nəfərlə əlaqə itib.

Trend-in
məlumatına görə, həmin şəxslər Rusiya Fövqəladə Hallar Nazirliyinin
xilasedici qrupuna daxildir.

Qeyd olunur ki, onlar Elbrusda qalmış dörd turisti təxliyə etmək
üçün zirvəyə qalxıb. Lakin onların gəldiyi helikopter texniki
nasazlıqla əlaqədar sıradan çıxıb.

Hazırda dağdakı şəxslərlə əlaqənin olmadığı deyilir. Hava
şəraiti sabitləşəndən sonra onların ardınca daha bir qrup
xilasedicinin göndərilməsi planlaşdırılır.