Əksər ölkələr Ukraynanın bu təklifini dəstəkləmir – Estoniya

Əksər ölkələr Ukraynanın bu təklifini dəstəkləmir – Estoniya

Əksər dövlətlər Ukraynanın Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması təklifini dəstəkləmir.

AzerTimes xəbər verir ki, bunu Estoniya Xarici İşlər Nazirliyinin vitse-kansleri Mert Volmer deyib.

O bildirib ki, onlar Kiyevin istəyinin tərəfdarı deyillər:

“Estoniya Rusiyanın müxtəlif təşkilatlarda təcrid edilməsi, Rusiyanı dünyada qərar qəbul etməkdən uzaqlaşdırmaq, cinayətlərə görə məsuliyyətə cəlb etmək kimi mövzularda Ukraynanın ən fəal dəstəkçilərindən biridir. Bu istiqamət çox yaxşı və düzgündür. Ancaq nəzərə almaq lazımdır ki, Ukraynanın bu məsələdə o qədər də böyük beynəlxalq dəstəyi yoxdur”.

Teqlər: