Əgər Abxaziya ilə birləşsək… – Qaribaşvili

Əgər Abxaziya ilə birləşsək… – Qaribaşvili

Birləşəcəyimiz təqdirdə, 3 il ərzində Abxaziya və Samaçablo bölgələrinə 10 milyardlıq investisiya ayıra bilərik.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli deyib.

“Əlbəttə ki, bizim əsas prioritetimiz işğal olunmuş ərazilərlə münasibətdə sülhsevər siyasətimizin davam etdirilməsi, barışıq siyasətimizin səmərəli həyata keçirilməsidir. Məqsədimiz ümumi maraqlara əsaslanan əməkdaşlıq və etimadın yaradılmasını təşviq etməklə münaqişələrdən təsirlənmiş əhalinin sosial və iqtisadi şəraitini yaxşılaşdırmaq və süni şəkildə parçalanmış cəmiyyətləri barışdırmaqdır. Biz abxaz və osetin həmvətənlərimizə çox kömək edirik. Biz bu haqda açıq danışmırıq, bu bizim düşünülmüş siyasətimizdir. Biz bunu reklam etmək istəmirik, amma sizə demək istəyirəm ki, bizim təklif etdiyimiz xidmətlərdən çoxlu insan istifadə edir. Məsələn, ötən il 230 tələbə qəbul olunub, 1300-dən çox insan səhiyyə xidmətlərindən yararlanıb və təbii ki, bu güzəştlər gələcəkdə də davam edəcək. Bizim ümumi vəzifəmiz ölkəmizi birləşdirmək olmalıdır.

Bildiyiniz kimi, işğal olunmuş Abxaziyanın büdcəsi səhv etmirəmsə, 200 milyon dollar təşkil edir. Ölkəmiz birləşsə, ilk üç ildə Abxaziyaya, həmçinin Samaçabloya təxminən 10 milyard sərmayə yatıra bilərik. Biz bunu çox asanlıqla təşkil edə bilərik. İqtisadi Şurada da bu barədə müzakirə apardıq. Abxaziyanın ikinci Monako, Suxuminin isə – ikinci Monte Karlo olması üçün böyük potensialı var”, – Qaribaşvili qeyd edib.

Teqlər: