Əhmədliyə gəmi marşrutu açılsın! – MM-də təklif

Əhmədliyə gəmi marşrutu açılsın! – MM-də təklif

Biz dənizdən istifadə etməliyik. Bu tıxac probleminin aradan qaldırılmasına ciddi dəstək ola bilər. Qonşumuz Türkiyənin belə bir təcrübəsi var, biz də bundan yararlanmalıyıq.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Elşən Musayev səsləndirib.

O xatırladıb ki, təklifini bundan əvvəl də səsləndirib:

“Əslində bunun üçün bir neçə dayanacaq qurmaq lazımdır. Bu halda Bakıdan Sumqayıta, eləcə də Günəşli, Əhmədli və digər nöqtələrə dəniz vasitəsilə gediş-gəliş mümkün olar, avtomobil yollarının yükü də azalar”.

Deputat eyni zamanda təklif edib ki, insanlar arasında ictimai nəqliyyat təşviq edilməlidir.

Teqlər: